Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi. Bu gün biz xalq olaraq, Şəıhidlər Xiyabanını sevinclə, qürurla ziyarət edirik. Artəq azərbaycan qaslibdir. Azərbaycanın ali baş komandanı İlham Əliyevin uzaq görən siyasəti nəticəsində, uğurlu diplomatiya nəticəsində erməni işğalçılarını məğlub edərək torpaqlarımızı erməni işğalçılarından azad etdi. Biz qalibik, biz güclü orduya sahib bir dövlətik. 44 günlük zəfər savaşında 20 Yanvar faciəsi qurbanlarının, Xocalı soyqırım qurbanlarının qisası alındı, İndi onların ruhu şaddır. Təhsil Nazirliyinin, Baki şəhəri üzrə Təhsil İdarəsinin F-06 saylı tədbirlər planına, məktəbin 02 saylı əmrinə uyğun olaraq tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə, Məktəbin müəllimi Nüşabə Cəfərovanın təqdimatında "20 Yanvar faciəsini unutmarıq, unutdurmarıq" başlığı altında onlayn mühazirə təşkil olundu. Tədbirdə çıxış edən direktor müavini Cəfərzadə cavid Əli oğlu vurğuladı ki, 20 yanvar hadisələri Azərbaycan xalqının tarixi qələbəsinin qisasıdır. Bu hadisələri törətməklə xalqımızın milli azadlıq məfkurəsini boğmaq idi. Sonda məktəıbin direktoru N,F. Ağcayev çıxış edərək bildirdi ki, xalqımız artıq qalib ölkənin nümayəndəsidir, zəfər qazanmışıq, heç bir qüvvə, heç bir ordu xalqımızın, ordumuzun qarşısında duruş gətirə bilməz.