Vətən uğrunda şahid olanları unutmarıq unutdurmarıq.

Məlumdur ki, orta ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsi mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində yada salınır. Orta ümumtəhsil məktəblərində ənənəvi olaraq keçirilən tədbirlər artıq bu il sanitar-epidomoloji şəraitə uyğun olaraq onlayn şəkildə həyata keçirildi. Bu il 31-ci il dönümü biz qururla qeyd edirik, çünkü 44 günlük zəfər savaşında qələbə qazandıq. Bu tarixi bir gundur. Şəhidlər Xiyabanını başı dik, məğruru şəkildə ziyarət edərək, qisasınız alındı deyə bilirik.  Bu xalqımızın vətənə, yurda, el- obaya olan sevgisinin nəticəsidir. Biz vətən uğrunda şahid olanları unutmarıq unutdurmariq.

 

Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tədbirlər planına uyğun olaraq tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə, məktəbin sinif müəllimi Cəfərova Xəyalənin təqdimatında "Unutmadiq-unutdurmariq" başlığında sinif tədbiri keçirilmişdir. Tədbir bədi kompozisiyya nümayiş olundu. Tədbirdə çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlu 20 Yanvar haqqında məlumat verdi, xüsusi olaraq vurğuladı ki, bu il biz bu faciəni fərqli şəkildə qeyd edirik. Qürurla qeyd edirik. Yenilməz ordumuz xalqımıza qarşı törədilən cinayətlərin qisasını aldı. Torpaqlarımızı erməni işğalçılarından azad etdi. əlavə olaraq vurğuladı ki, bu faciəni törətməklə xalqımızın milli birlik ideyasını, azadlıq sevdasını boğa bilmədi, tam əksinə müstəqillik yolunda olan bütün maneələri aradan qaldırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi