"Böyük qayıdışa gedən yol..." adlı onlayn-təqdimat keçirildi.

XARI BÜLBÜLÜ İLƏ RUZİ VERƏNDİR,

ŞƏHİD MƏZARI İLƏ VƏTƏNDİR, TORPAQ!

"20 Yanvar" faciəsi bu il fərqli anılır. Qürurla, fəxrlə anılır. Gedən canların ruhları da şaddır...Daha fərqli , daha təmtəraqlı görünür Şəhidlər Xiyabanı. Zəfər ruhuna köklənərək ziyarətinə gələn insan kütləsinin hüzn deyil, sevinc göz yaşlarına şahidlik edərək, Şəhidlər Xiyabanı öz tarixi qələbəsini 20 Yanvar 2021-ci il tarixində qeyd edəcək....Azərbaycan xalqının müstəqillik və azadlıq mübarizəsinin ilk qaranquşları olan 20 Yanvar şəhidləri, bu günkü böyük qələbəmizin təməlini qoydular. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. "Dəmir yumruq"-xalq əlindən alınmış sabahı uğrunda ölümün gözünün içinə baxa-baxa mübarizə apardı, qalib, güclü, əzmli millət olduğunu bütün dünyaya sübut etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Rəşadətli Ordusu Cənubi Qafqazın ən güclü ordusu kimi hərb salnaməsinə adını yazdı. Bəli, bu gün Azərbaycan xalqı qürur və fəxr hissi ilə öz şəhidlərini bağrına basacaq və onlara sonsuz minnətdarlığını bildirəcək.

"20 Yanvar" faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nına əsasən silsilə virtual tədbirlər keçirilir. Tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlu, Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənovanın təşkilatçılığı ilə, Azərbaycan dili və ədəbiyyatı müəllimi Çinarə Məhərrəmova, informatika müəllimi Könül Namazovanın iştirakı ilə məktəbin 5"D" sinfinin "20 Yanvar" hadisələrinə həsr edilmiş "Böyük qayıdışa gedən yol..." adlı onlayn-təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Çinarə Məhərrəmova milli azadlıq hərəkatının ilk mərhələsində baş verən hadisələri şərh etdi. 20 faciəsini əks etdirən videoçarx fonunda şagirdlər ö dövrün hadisələri haqqında ətraflı məlumat verdilər və şeirlər səsləndirdilər. Məktəbin direktoru Nizaməddin Ağcayev "Qanlı Yanvar" qırğınının baş vermə səbəbi, 90-cı illərdəki Azərbaycanın geopoltik vəziyyəti, xalqın milli-azadlıq hərəkatı və özünün döyüş yolu haqqında ətraflı danışdı, bu böyük mübarizədə qələbənin, xalq-iqtidar birliyi, aparılan düzgün daxili və xarici siyasət, ordu quruculuğu, ölkənin beynəlxalq aləmdə nüfuzunun qaldırılması və əzmli, vətənpərvər Azərbaycan əsgərinin və "Böyük qayıdış"ın şəhidlərinin sayəsində qazanıldığını vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi