20 Yanvar faciəsi xalqımızın milli iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları müstəqilliyimizə yol açdılar.

Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, məktəbin 02 saylı əmrinə uyğun olaraq məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə məktəbin sinif müəllimi Tükəzban xanımın təqdimatında "Qanlı yanvar-sərəf yolu" başlığında sinif tədbiri təşkil etmişdir. Tədbirdə çıxış edən məktəbin direktor müavini Cəfərzadə Cavid Əli oğlu bildirdi ki, 20 Yanvar faciəsi xalqımızın milli iradəsini, azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən övladları müstəqilliyimizə yol açdılar. şəhidlərimizi ehtiramla, sayqı ilə anırıq. Daha sonra çıxış edən direktor müavini Elşən

Elshan Hafis Muqumov vurğuladı ki, 1990-cı il yanvar ayının 20-nə keçən gecə sovet ordu birləşmələrinin Bakıda törətdiyi qanlı faciə bizi azadlığa, müstəqilliyə aparan yol oldu. Uşaqların hazırlamış olduqları kompozisiya izlənildi. Fikir mübadiləsi edildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək qeyd etdi ki, 20 yanvar tarixi Azərbaycan xalqının tarixində sadəcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlanır: “Xalqımız həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr sübut etdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda ölüm-dirim mübarizəsi aparmağa qadirdir”. Və sonda tədbir istirakcilari ali baş komandan İlham Əliyevin kəlamı ilə tədbiri yekunlaşdırdılar.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi