Xüsusi dərs prosesi zamanı faciənin baş vermə səbəbləri araşdırılmış, uşaqlar təhlil aparmış, video slaydlar nümayiş olunmuşdur.

Yanvarın 19-da ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin 02 saylı əmrinə  uyğun olaraq tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur. Xüsusi dərs prosesi zamanı faciənin baş vermə səbəbləri araşdırılmış, uşaqlar təhlil aparmış, video slaydlar nümayiş olunmuşdur. Pedaqoji kollektivin bu istiqamətdə təşkil etdiyi nümunəvi, xüsusi dərslərin məqsədi cəmiyyətə, vətənə sevgi hisslərini aşılamaq, şagirdlərin vətənpərvər ruhda yetişməsinə nail olmaq, azərbaycançılıq məfkurəsini təbliğ etmək milli və umumbəşər dəyərlər ruhunda tərbiyələnməsi o cümlədən 20 yanvar faciəsinin təbliğ edilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi