İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır.

İstedadlı uşaq və gənclərin aşkara çıxarılmasında, onların həvəsləndirilməsi və rəğbətləndirilməsində, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Burada əsas  məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, bilklərə marağı artırmaq və özünə inam hisslərini göcləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək lə onların potensial imkanlarının inkişafını təmin etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Bu məqsədlə məktəbin  VIII,IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadalarının (Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, informatika, fizika, tarix) məktəb turu keçirildi. Microsoft Teams platforması üzərindən siniflərə və fənlərə uyğun qruplar yaradıldı, nəzarətçilər təyin edildi. Yaradılmış xüsusi komissiya tərəfindən hazırlanmış olimpiada tapşırıqlarının linki saat 10.00-da qruplara atıldı. Olimpiadadan əvvəl iştirakçı şagirdlərə qaydalar barədə müvafiq təlimat verildi. Olimpiadada 60 nəfər yuxarı sinif şagirdləri iştirak etdi. Nəticələri müsbət olan şagirdlər fənn olimpiadalarının şəhər turunda iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi