Bilik yarışması

VIII, IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadalarının (Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, coğrafiya, informatika, fizika, tarix) məktəb turu keçirildi. Microsoft Teams platforması üzərindən siniflərə və fənlərə uyğun qruplar yaradıldı, nəzarətçilər təyin edildi. Yaradılmış xüsusi komissiya tərəfindən hazırlanmış olimpiada tapşırıqlarının linki saat 10.00-da qruplara atıldı. Olimpiadadan əvvəl iştirakçı şagirdlərə qaydalar barədə müvafiq təlimat verildi. Olimpiadada 60 nəfər yuxarı sinif şagirdləri iştirak etdi. Nəticələri müsbət olan şagirdlər fənn olimpiadalarının şəhər turunda iştirak edəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi