Təlim keyfiyyətinin yüksəldilməsi, məktəbdənkənar fəaliyyətin tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində atılacaq addımların qrafikinin müəyyən edilməsi, Virtual dərslərin müşahidəsi mövzusunda növbəti Pedaqoji Şura iclası keçirilmişdir.

Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək, o cümlədən Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün f-512 saylı Fəaliyyət Planı, Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin f-233 saylı əmrinin icrasını təmin etmək, həmçinin təlim keyfiyyətinin yüksəldilməsi, məktəbdənkənar fəaliyyətin tənzimlənməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində atılacaq addımların qrafikinin müəyyən edilməsi, Virtual dərslərin müşahidəsi mövzusunda növbəti Pedaqoji Şura iclası keçirilmişdir. Şura iclasında məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid sinif rəhbərlərinin uşaqlar və valideynlərlə iş mexanizminin daha da təkmilləşdirilməsi, o cümlədən dərsdən yayınan uşaqların təhsilə cəlb olunması istiqamətində təkliflərini verdi. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elşən Muqumov və Şəfiqə Həsənova olimpiadaya hazırlıq, yeni test modellərinin yaradılması, metodiki şuranın fəaliyyəti haqqında öz fikirlərini bildirdilər. Pedaqoji Şuranın sədri Nizaməddin Ağcayev qarşıda duran hədəflərdən, bu hədəflərin reallaşması üçün hansı tədbirlərin görülməsi haqqında çıxış etdi. İclas zamanı pedaqoji kollektivin fikri dinlənildi, təlim keyfiyyətinin yüksəldilməsi, virtual dərslərə şagirdlərin cəlbi istiqamətində çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi