Təhsil nazirinin F-512 saylı əmrinin icrasının həyata keçirilməsi məqsədi ilə, məktəbin 73 saylı əmrinə uyğun 05.12.2020-ci il tarixində məktəb rəhbərliyi, pedaqoji işçilər məktəbin şəhid məzunu Mərdanov Vaqif Ədalət oğlunun məzarını ziyarət etdilər.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad etdi. Beləliklə, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. 

Təhsil nazirinin F-512 saylı əmrinin icrasının həyata keçirilməsi məqsədilə, məktəbin 73 saylı əmrinə uyğun 05.12.2020-ci il tarixində məktəb rəhbərliyi, pedaqoji işçilər məktəbin şəhid məzunu Mərdanov Vaqif Ədalət oğlunun məzarını ziyarət etdilər. Şəhidlərə ehtiram və sayğı əlaməti olaraq 1 dəqiqəlik sükutla xatirələri yad edildi. Dualar edildi. Müəllimlər və rəhbərlik nitq söylədi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxışında şagirdlərinin qəhrəmanlıq nümayiş etdirməsi, onların vətənpərvər kimi vətənin keşiyində durması muəllimlərin-valideynlərin onları vətənpərvər ruhda yetişdirməsindən aslı olduğunu söylədi. Şəhidlər ölməz, vətən bolunməz

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi