Məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılmasıdır.

Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planı təsdiq edilib. Məqsəd ölkəmizin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsidir. Bu fəaliyyət planından irəli gələn tələblərin icrasına uyğun olaraq, məktəbin tədbirlər planına və F-512 saylı əmrin icrasını təmin etmək məqsədi ilə bir qrup məktəbimizin pedaqoji işçiləri vətənin azadlığı, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış, Hövsan kənd sakini qazi, kapitan rütbəli İslamov Qurbanəli Məzahir oğlunun evi ziyarət olundu. Onunla söhbət aparıldı. Görüşün keçirilməsində məqsəd Vətən müharibəsində yaralanmış qazilərimizi, onların göstərdikləri igidlik və şücaəti uşaq və gənclərə tanıtmaq, onları vətənə məhəbbət ruhunda tərbiyə etməkdən ibarət olub.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi