Bu tarixdə 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan dövlətinin şanlı qələbəsi ilə son qoyuldu. Bu, tarixi Qələbədir!

Prezidentimizin uğurlu diplomatiyasının, müasir standartlara cavab verən ordu quruculuğu siyasətinin nəticəsi idi. Qələbəni Azərbaycan xalqına Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş etdi. Dövlətimizin başçısı Azərbaycan tarixinə qızıl hərflərlə şanlı səhifələr yazdı. Bu tarix Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən məktəbin şəhid məzunu Mərdanov Vaqif Ədalət oğlunun anım tədbiri keçirilmişdir. Tədbirə şagirdlər, valideynlər, müəllimlər onlayn şəkildə qoşulmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid və qazilərin şərəfinə şeir səsləndirdilər, nitq söylədilər. Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasətindən, şanlı ordumuzun şücaətindən danışdılar, bununla yanaşı şəhid məzunumuz Mərdanov Vaqif haqqında aparmış olduqları araşdırma tədbir iştirakçılarına təqdim olundu. Tədbirdə şəhid babası Əmiraga kişi, müəllimlər 30 illik həsrətə və üçrəngli bayrağımızın bu gün qüdrətlə dalğalanması Vaqif timsalında bütün şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etdilər. Tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlu çıxış edərək bildirdi ki, 44 günlük vətən müharibəsi milli şüurun, milli məfkurənin, azərbaycançılıq sevdasının təzahürüdür. Bu gün Azərbaycan qalibdır. Sonda məktəbin direktoru N.F.Agcayev çıxış edərək bildirdi ki, bu cür tədbirlərin təşkili zəruridir, vacibdir. Mövcud sanitar, epidomoloji vəziyyəti nəzərə alaraq tədbirlər planına əsasən onlayn tədbirlərimiz davam edir. Məktəb direktoru çıxış zamanı xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan 200 illik tarixi bir dövrdə Azərbaycan Respublikası ilk dəfə zəfər salnaməsi, zəfər qazanmışdır. 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımız azad olundu. Bu böyük qayidis aprel döyüşunun davamıdır. Biz qalibik. Biz güclüyük. Bu gün dövlətimiz, regiona ordu quruculuğu necə olmalıdır deyə tarixi dərs vermişdir, bu ali baş komandan İlham Əliyevin uğurlu siyasətidir deyə qeyd etdi.

 

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi