Şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır.
Şagirdlərdə vətənpərvərlik, Vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər, ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalarıdır. Vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindəndir. Təhsil nazirinin F-512 saylı əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbin tədbirlər planına uyğun olaraq Tərbiyə işləri üzrə direktor müavinin Cəfərzadə cavid Əli oğlunun təşkilatçılığı ilə məktəbin tarix müəllimi Elnurə xanımın təqdimatında "Tanıyaq və tanıdaq " devizi başlığı altında Qubadlı rayonu haqqında təqdimat hazırlanmışdır. Təqdimatda Qubadlının mədəni tarixi abidələri, təhsili, milli qəhrəmanları, təbiəti, coğrafiyası haqqında məlumat öz əksini tapmışdır. Tədbirlər planının icrası ilə bağlı müvafiq addımlar atılır.
https://www.facebook.com/agcayev.nizameddin/videos/1126942471141483