31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

31 dekabr - bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüyüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu gün münasibət ilə məkt bin tədbirlər planına uyğun olaraq, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Yaqubovanin təşkilatçılığı ilə 31 dekabr həmrəylik gününə həsr olunmuş onlayn dəyirmi masa təşkil olunmuşdur. Şagirdlərimizdən Hilda, Aysun, Zeynəb vətənpərvərlik mövzusunda şeir səsləndirdilər. Məktəbin direktor müavini Elşən Muqumov, Cavid Cəfərzadə bu günün mahiyyəti haqqında nitq söylədilər. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev bu yönümdə tədbirlərin təşkilinin vacib olduğunu, şagirdləri, valideynləri həmrəylik günü munasibəti ilə təbrik etdi. Bunula yanaşı ali baş komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışdı. Bu günkü birliyimizin əsas qayəsi xalqımızın həmrəy olmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi