Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi oldu. 

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam oldu. E.Cəfərov adına 118 saylı tam orta məktəbin müvafiq tədbirlər planına əsasən Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olundu.Məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə tədbir onlayn şəkildə təşkil olundu. Cəlb olunan siniflər xalqımızın mübariz oğlu haqqında məlumatlara yiyələndilər. Onun haqqında video çarx nümayiş olundu, debat təşkil olundu. Tədbir zamanı çıxış edən məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlu xüsusi ilə qeyd etdi ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. Bu cür tarixi şəxsiyyətlərin şagirdlərə tanıdılması istiqamətində daha ciddi tədbirlər görülməlidir. Sonda məktəbin direktoru Nizaməddin ağcayev çıxış edərək vurğuladı ki, Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi