Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat haqqında dünyanın bütün aparıcı mətbuat orqanları, politoloq və dövlət xadimləri geniş bəhs edərək açıqlamalar verirlər. Müzəffər sərkərdəmizin düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq tarixi Qələbə qazanıldı. İndən belə çoxlu qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın ən parlaq səhifəsi və zəfəri kimi heç vaxt unutmayacaqdır. Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində Təhsil nazirinin F-512 saylı əmrinə əsasən E. Cəfərov adına 118  № li tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə tarix müəlimləri Abdulxalıqova Könül və Abbasova Samaranın birgə təqdimatında " Qarabağ Azərbaycandır" adlı onlayn mühazirə keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktor müavini Cəfərzadə Cavid Əli oğlu bu istiqamətdə tədbirlərin təşkilinin zəruriliyini, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacib olduğunu qeyd etdi. Sonda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.

 

Qarabağ Azərbaycandır!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi