Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir. Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. Təhsil nazirinin F-512 saylı əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbin tədbirlər planına əsasən informatika müəllimi Günay Şahverdiyevanin təşkilatçılığı ilə " Qarabağ Azərbaycandır!" adli onlayn mühazirə təşkil edildi. Tədbirdə müəllimlər, şagirdlər, valideynlər iştirakı təmin edildi. Fəaliyyət planına uyğun olaraq tədbirlərin icrası davam edir. Qarabağ Azərbaycandır!