"Ulu Öndər Heydər Əliyevin anım günü"
Hər xalqın, hər millətin öz həyat yolu var. O,uzun bir tarixi zamanda formalaşır. Elə insanlar, dahilər vardır ki, mənsub olduğu xalqın tarixi təkamülünə məzmun verirlər. Fəaliyyətləri ilə həyat yolunun qaranlıqlarına işıq saçır,milyonlara öndərlik edirlər. Həmin insanlar tarixi şəxsiyyətdirlər. Onlar yalnız bir xalqa deyil, bütövlükdə bəşər tarixinə mənsubdurlar. Azərbaycanın böyük oğlu türk dünyasının dahi lideri, görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdən idi. Məktəbin tədbirlər planına əsasən Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş onlayn konfrans keçirildi. Konfransda məktəbin direktoru Nizaməddin Ağcayev vurğuladı ki, bu gün müstəqil Azərbaycan, qalib Azərbaycan Ulu öndərin bizə mirasdır, onun siyasi kursunun davamıdır.