"Xonçalı Novruz gəlir"

Mart ayının 16-da 118 nomrəli tam orta məktəbdə "Xonçalı Novruz gəlir"adlı bayram tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Məktəbin bütün müəllim və şagird kollektivi tədbirdə iştirak edirdi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizaməddin Ağcayev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etdi.O,bildirdi ki,əsrlərdən,qərinələrdən keçərək bu günümüzə qədər gələn Novruz bayramı ölkəmizdə geniş qeyd olunur.N.Ağcayev Novruz bayramının bir çox türk və müsəlman ölkələrində,o cümlədən, Orta Asiyada və Azərbaycanda qeyd olunduğunu söylədi.Bildirdi ki,qədim dövrlərdən bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib,onu bolluq,bərəkət və firavanlığın əzəli kimi rəmzləşdirib.Təlim-tərbiyə işləri üzrə direktor müavini Sabir Tağıyev Azərbaycanın "Odlar ölkəsi"kimi odla bağlı zəngin ənənələrə malik olduğunu,Novruz bayramının təbiətin oyanması,əkinçilik təsərrüfatının başlanması ilə bağlı qeyd olunduğunu söylədi.O,tədbirin təşkilatçıları;Hacıyeva Rəhilə,Abbasova Sənubə və Rzayeva Sevdaya rəhbərlik adından xüsusi təşəkkürünü bildirdi,belə tədbirlərin keçirilməsinin gənclərimizin mənəvi və əxlaqi tərbiyəsində böyük rolu olduğunu vurğuladı.Sonra şagirdlərin bir-birindən maraqlı və rəngarəng çıxışları başlandı.Aparıcılar Novruz bayramının mənşəyi,tarixi barədə ətraflı məlumat verdilər.Təbiətdə yazın qoxusunu hiss etdirən Bahar qızının gəlişi, Novruzun əsas atributlarından olan Kosa və Keçəlin baməzə oyunları tədbirdə iştirak edənlərə xüsusi zövq verdi.Tədbirdə eyni zamanda Ü.Hacıbəyovun "Arşın mal alan "operettasından kiçik bir hissə də nümayiş etdirildi.8-a sinfinin şən və hazırcavabları da tədbirdə öz məharətlərini göstərdilər.Sonda məktəbimizin qocaman müəllimlərinə bayram hədiyyəsi olaraq gül dəstələri təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi