9 May-faşizm üzərində Qələbə Günü qeyd edildi
XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar.Bu günHövsan qəsəbəsində yerləşən abidəni ziyarət etmək üçün xeyli adam toplaşmışdı.Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaq uğrunda canlarını fəda edən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla qeyd edildi.Böyük Vətən Müharibəsi iştirakçəlarının əziz xatirəsini əbədiləşdirmək üçün qoyulmuş abidənin önünə yığışmış qəsəbə məktəbliləri və müəllimləri müharibə veteranlarının keçdikləri döyüş yolu haqqında onların öz dillərindən eşitdilər.Tədbirin aparıcısı məktəbimizin ədəbiyyat müəllimi Akif Məmmədov Azərbaycan xalqının qəhrəmanlıqlarından bəhs edən ədəbi-bədii əsərlər haqqında məlumat verdi.Sonra şagirdlərin ifasında müharibə qəhrəmanlarına həsr olunmuş şeirlər səsləndirildi.Tədbirdə çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev qeyd etdiki,müharibə dövründə respublika iqtisadiyyatının cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü.Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı.Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına (arsenal) çevrildi.Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin etdilər.O,həmçinin qeyd etdi ki,ordumuzun gücü və cənab İlham Əliyevin qətiyyətli siyasi xətti ilə bugün erməni işğalı altında olan torpaqlarımız azad olacaq.Tədbir qəsəbənin digər məktəblilərinin çıxışları ilə başa çatdırıldı.