Xocalı -qan yaddaşı
"Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Təhsil nazirinin 13.02.2020-ci il tarixli F-91 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 20.02.2020-ci il F- 73 nömrəli əmrilə təsdiq olunmuş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubovanın təşkilatçılığı ilə 5"D" sinfində anım tədbiri keçirildi. Tədbirdə şagirdlərin ifasında səhnəciklər, mahnılar və şeirlər təqdim olundu. Məktəbin direktoru Nizamədiin Ağcayev şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılmasında bu səpkidə tədbirlərin keçirilməsinin müsbət hal olduğunu vurğuladı, Ülkər Yaqubovaya, 5"D" sinif şagirdlərinə və valideynlərinə minnətdarlığını bildirdi.