"Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası 1-ci Məntiq Olimpiadası"nın məktəb mərhələsi keçirildi
Bakı şəhəri üzrə Təhsil İdarəsi və "İstək"liseyinin birgə tərəfdaşlığı ilə Bakı şəhər məktəblilərinin 5-6-cı sinif şagirdləri arasında şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirmək məqsədilə "Lütfi Zadə adına Bakı şəhəri məktəblilərarası 1-ci Məntiq Olimpiadası"nın məktəb mərhələsi keçirildi.Məktəbimizin bütün 5-6-cı sinif şagirdləri(ümumi sayı 184 nəfər)olimpiadada iştirak etmək üçün,təlimata uyğun olaraq qeydiyyatdan keçirilmişdilər. Aprel ayının 30-da keçirilən məktəb turunda şagirdlər onlar üçün hazırlanmış 30 test sualını90 dəqiqə ərzində cavablandırmalı idilər,Olimpiada 10-00-da başlanıb 11-30-da başa çatdı.Təyinata uyğun olaraq müəyyən edilmiş nəzarətçi müəllimlər olimpiadanın tam şəffaf və düzgün keçirilməsinə ciddi nəzarəti həyata keçirdilər.İmtahan müəyyən olunmuş vaxtda başa çatandan sonra məktəb rəhbərliyi tərəfindən müəyyən edilmiş məsul şəxslər tərəfindən şagirdlərin yazdığı cavablar yoxlanılması üçün xüsusi sistemə yüklənmişdir.