“Zərərli vərdişlərə, neqativ hallara qarşı mübarizə”mövzusunda məktəbdə görüş

“Zərərli vərdişlərə, neqativ hallara qarşı mübarizə” mövzusunda yuxarı sinif şagirdləri, valideynlər, rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə Bakı şəhəri Baş Polis İdarəsi ictimai təhlükəsizlik idarəsinin bölmə rəisi polis polkovnik leytenantı Məryəm Ömərova, Bakı şəhəri Baş Polis İdarəsi ictimai təhlükəsizlik idarəsinin baş inspektoru polis mayoru Kəmalə Ələkbərova, Hövsan İcra nümayəndəsinin müavini Daşqın Rzayev, Suraxanı rayonu Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkili bölməsinin baş inspektoru polis mayoru Yasif Məmmədov, Suraxanı rayonu Polis idarəsinin 30-cu polis bölməsinin sahə inspektoru Cahid Qasımov iştirak etdilər. Mövzu ilə bağlı şagirdlərlə maarifləndirici söhbətlər aparıldı, diskussiyalar keçirildi və uşaqların çoxsaylı sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi