Şəhidlərimizi yad edirik
20 Yanvar faciəsinin 30-cü ildönümü ilə əlaqədar Suraxanı rayon Heydər Əliyev mərkəzində anım tədbiri keçirildi. Tədbirin bədii hissəsində 118 nömrəli tam orta məktəbin 7"A" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyatı müəllimi Ülkər Yaqubovanın hazırladığı bədii kompozisiyanı təqdim etdilər. Daha sonra Azərbaycan Dövlət Televiziyasının "Çıxışa doğru" proqramının birbaşa yayımında iştirak etdilər.