20 Yanvar ilə bağlı film nümayişi
20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 13.12.2019 -cu i tarixli Sərəncamı, Azərbaycan Respublikası təhsil nazirinin “29” dekabr 2019-cu il tarixli, F-771 nömrəli əmri ilə təsdiq edilmiş 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının 2-ci bəndinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il tarixli, F-529 nömrəli əmrinə, məktəbin 30.12.2019-cu il tarixli, 90 /1 nömrəli əmrinə "Məktəbin İllik Fəaliyyət Planı"na uyğun olaraq məktəbin akt zalında yuxarı sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsini əks etdirən "Qanlı Yanvar" filmi nümayiş olundu. Şagirdlər o qanlı gecənin dəhşətlərini bütün çılpaqlığı ilə təqdim edən filmi maraqla izlədilər və Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qırmızı qərənfillərlə həkk olunmuş hadisə haqqında olan təəsüratlarını bölüşdülər. Filmin nümayişindən sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova öz çıxışında qeyd etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Ulu öndər Heydər Əliyevin 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək dediyi: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər.." fikrini xüsusi vurğuladı.