Qərənfil şəhid qanı

20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 13.12.2019 -cu i tarixli Sərəncamı, “20 Yanvar faciəsinin otuzuncu ildönümü"ilə bağlı Təhsil nazirinin 29 dekabr 2019-cu il F-771 nömrəli əmrinə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 30.12.2019-cu il tarixli, F-529 nömrəli əmrinə, məktəbin 30.12.2019-cu il tarixli, 90 /1 nömrəli əmrinə əsasən "Məktəbin İllik Fəaliyyət Planı"na uyğun olaraq məktəbin ibtidai sinif müəllimi Lalə Yüzbəyova 2"B" sinfində nümunəvi dərs keçirdi. Lalə müəllim şagirdlərə 20 Yanvar faciəsinin yaranma səbəbləri, azadlıq mübarizəsində danılmaz rolu olmuş şəhid qəhrəmanlar, azyaşlı şəhid məktəblilər haqqında ətraflı məlumat verdi. Mövzuya aid videoçarx nümayiş etdirildi. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Nümunəvi dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Elşən Muqumov, Şəfiqə Həsənova, Cavid Cəfərzadə, fənn metodbirləşmə rəhbəri Səidə Süleymanova iştirak etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova öz çıxışında gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində görülən tədbirlərin vacibliyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi