Fənn olimpiadası ilə bağlı iclas
IX-XI sinif şagirdləri arasında fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Bu məqsədlə məktəb rəhbərliyi ilə IX-XI sinif şagirdləri və fənn müəllimləri arasında görüş keçirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdləri olimpiadanın mahiyyəti və qaydaları barədə məlumatlandırdı və bir sıra tövsiyələr verdi.