"Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb turu
Bədii əsər oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılması məqsədi ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Xəlili Ülkər, Salmanova Mehparə, Qasımova Ayşatın təşkilatçılığı ilə ədəbiyyat biliciləri müsabiqəsinin məktəb turu keçirildi. Müsabiqəyə 30 şagird cəlb olundu. Şagirdlərə müsabiqə ilə bağlı məlumatlar verildi, suallar təqdim olundu.