Həqiqi hərbi xidmətə çağrılan gənclərin yola salınma mərasimi
Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında müddətli həqiqi hərbi xidmətə çağrılan gənclərin yola salınma mərasimi keçirildi. Mərasimdə məktəbin şagirdlərinin ifasında kompazisiyalar səsləndirildi, şeirlər söylənildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin rəhbərliyi, idarə, səhiyyə, elm və mədəniyyət şöbələrinin rəhbərləri ,orta ümumtəhsil məktəblərinin gənclərin çağırışa qədərki rəhbərləri, bələdiyyə və ərazi nümayəndələri, müharibə və əmək veteranları, qazilər Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının rəhbərliyi və valideynlər iştirak edirdi. Şagirdlərdən Baxşəliyeva Ləman, Rəhmanova Hilda, Məmmədli Rəvanə, Məmmədli Fatimə və digər şagirdlərin ifasında nümayiş olunan ədəbi-bədii kompozisiya böyük maraqla qarşılandı.Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov gənc çağırışçılara uğurlu yol arzuladı.Tədbir orkestrın təntənəli çıxışı ilə başa çatdı.