"Narkomaniyaya yox deyək"
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli sərəncamından irəli gələn tələblərin icrasına uyğun olaraq məktəbin İllik Fəaliyyət Planına əsasən "Narkomaniyaya yox deyək" mövzusunda seminar keçirildi. Seminarda Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Rövşən Abdullayev, Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor, polis mayoru Yusif Məmmədov, 30-cu Polis şöbəsinin sahə rəisi Cahid Qasımov iştirak etdi. Onlar öz çıxışlarında il ərzində Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 17 nəfərin həbs olunduğunu, ümumilikdə 13kg çəkisində narkotik vasitələrin dövriyyədən çıxarılaraq zərərsizləşdirilməsini qeyd etdilər. Yeniyetmələri bu böyük bəla ilə mübarizədə onlara yardım etməyə çağırdılar. Məktəbin direktoru Nizaməddin Ağcayev bildirdi ki, narkotik maddələr tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin və hər bir şəxsin birgə və fərdi fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Seminarda şagirdlərin çoxsaylı sualları cavablandırıldı.