"Mən Azərbaycanlıyam" adlı intellekt yarışı keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 5 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı intellekt yarışı keçirildi. Yarışda 4-cü sinif şagirdlərindən ibarət "Uğur", "Ümid", "İntellekt", "Zəfər", "Zirvə", "Zəka" komandaları şifahi və yazılı tapşırıqları yerinə yetirdilər. Gərgin mübarizə "Umid" komandasının qalibiyyəti ilə nəticələndi. Məktəbin direktoru Nizaməddin Ağcayev şagirdlər arasında bu səpgidə keçirilən intellektual oyunların vacibliyini qeyd etdi və təhsilə marağın artırılmasında stimulverici addım olduğunu vurğuladı.5 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Könül Mustafayeva mərkəzin metodistlərinin fəaliyyəti üçün yaradılan şəraitə görə məktəb rəhbərliyinə təşəkkür etdi.Yarışmanın sonunda qalib komandalar və iştirakçılar elan olundu. Qalib komandalar və iştirakçı şagirdlər Diplom və hədiyyələrlə təltif olundular. Tədbirdə 5 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Gülnarə Tağıyeva, metodist Aygün Məlikova, dərnək rəhbərləriTahirə Atakişiyeva, Cəmilə Əhmədova, Xeyransə Hümmətova, Nazlı Fərzəliyeva iştirak etdi.