Təhsil Nazirliyinin xətti ilə keçiriləcək yarışmaya hazırlıq
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova IV sinifdə oxuyan, riyazi bacarıqları yüksək olan şagirdlərlə söhbət apardı. Məqsəd şagirdləri Təhsil Nazirliyinin xətti ilə keçiriləcək yarışmaya hazırlamaq idi. Şəfiqə müəllim yarışmanın qaydaları ilə onları tanış etdi və onlara uğurlar arzu etdi.