İV sinif şagirdlərinin təfəkkür və əqli inkişaf səviyyələrinin öyrənilməsi
Təhsil Nazirliyinin F-531 saylı əmrinin icrası,məktəb illik fəaliyyəti planı, psixoloqun illik planına muvafiq olaraq IV siniflərdə şagirdlərin təfəkkür və əqli inkişaf səviyyələrini ölçmək üçün "Artıq olanın tapılması" testi və "verilmiş sözlərin əks mənası və eyni mənasının tapılması" tapşırığı ilə bağlı məktəbin psixoloqu Cəbrayılova Ülviyyə psixodiaqnostik iş apardı.