Fizika fənnindən açıq dərs

Məktəbin fizika müəllimi Allahverdizadə Çiçək 7"C"sinfində "Sürüşmə və sürtünmə qüvvəsi" mövzusunda nümunəvi dərs keçirdi. Dərs prosesində Çiçək müəllimə əyani vəsaitlərlə mövzunu şagirdlərə ətraflı izah etdi. Şagirdlər lövhədə mövzu ilə bağlı verilən tapşırıqları yerinə yetirərək ,qrup şəklində fikir mübadiləsi apardılar. Dərs bitdikdən sonra dərsin gedişatını izləyən məktəb direktoru Nizaməddin Ağcayev başda olmaqla təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov,tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə və fənn müəllimlərinin iştirakı ilə dərsin təşkili və prosesi müzakirə olundu.Sinifdə şagird-şagird ,şagird-müəllim münasibətləri təhlil edildi. Elşən Muqumov və Cavid Cəfərzadə fənn müəlliminə təlim prosesi ilə bağlı öz fikirlərini bildirdilər. Sonda məktəbin direktoru Nizaməddin Ağcayev cıxış edərək ümumilikdə dərsin gedişatının qənaətbəxş hesab olunduğunu qeyd etdi və müəllimə bir sıra tapşırıqlarını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi