IV sinif monitorinqinin nəticələrinin müzakirəsi

2019/2020-ci tədris ilinin prioritet məsələlrindən biri də, buraxılış siniflərində buraxılış fənlərindən monitorinqlərin keçirilməsidir. Dekabr ayı ərzində IV siniflərdə hər üç fənndən monitorinq keçirilmişdir. Məktəbin direktoru Nizaməddin Ağcayev və təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova IV sinif rəhbərləri ilə iclas keçirdərək,monitorinqin nəticələrini müzakirə etdilər. Müzakirə zamanı ayrı-ayrı fənlərin təlim nəticələri fənn müəllimlərinin diqqətinə çatdırıldı. Zəif nəticə göstərən şagirdlərlə işləmək və həmin şagirdlərdə fənn üzrə göstəriciləri yüksəltmək məqsədilə əlavə dərs saatlarının keçirilməsi planlaşdırıldı. Qərara alındı ki,şagird nailiyyətlərinin izlənməsi üçün ayda bir dəfədən az olmayaraq monitorinqlər aparılsın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi