"Hər bir peşə şərəflidir"adlı tədbir keçirildi

Aprel ayının 17-də 118 №-li tam orta məktəbdə məktəb məzunlarının gələcəkdə düzgün peşə seçimi istiqamətində "Hər bir peşə şərəflidir"mövzusunda geniş miqyaslı yığıncaq keçirildi.Yığıncaqda məktəbin bütün müəllim kollektivi,ayrı-ayrı ali məktəb və peşə məktəblərinin nümayəndələri,məktəbin 8,9,10 və 11-ci sinifləri iştirak edirdi.Tədbiri giriş sözüylə açan məktəbin ingilis dili müəllimi Rəhilə Məmmədova,yığıncaqda iştirak edən qonaqları salamladı.Son günlər Qarabağ uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıqla şəhid olmuş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgər və zabitlərinin əziz xairəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış üçün söz məktəbin direktoru Nizaməddin Ağcayevə verildi.O, şagirdlərə düzgün peşə seçimi etmələri, eləcə də onların gələcəkdə cəmiyyətdə özlərinə doğru mövqe tutmaları ilə bağlı dəyərli və faydalı məsləhətlər verdi.Həmçinin təhsilin əhəmiyyətindən, karyera yolunda uğurların sirlərindən bəhs etdi.Daha sonra söz qonaqlara verildi.Azərbaycan Dövlət Sərhəd Akademiyasının Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin "N"saylı hərbi hissəsinin əməkdaşı,polkovnik-leytenant,2-ci dərəcəli kapitan Zaur Mahmudov öz çıxışında akademiyanın imkanlarından geniş söhbət açaraq,akademiyanın imkanları haqqında geniş slayd nümayiş etdirdi.Xəzər Univeritetinin Neft Mühəndisliyi kafedrasının müdiri Qəşəm Zeynalov,Xəzər Universitetinin Coğrafiya Departamentinin rəhbəri Rövşən Abbasov,Xəzər Universitetinin ingilis dili müəllimi Yeganə Balamedova,Xəzər Universitetinin magistiri,Pakistan vətəndaşı Əhməd Üsamə,Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyasının Azərbaycandakı nümayəndəsi Ziya Məmmədov,Qafqaz Universitetinin tələbəsi,kənd sakini Əli Rzayev və s.şəxslər öz çıxışlarında şagirdlərin düzgün peşə seçimində öz məsləhət və təkliflərini bölüşdülər.TNS şirkətinin nümayəndəsi,həkim Firuzə Baxşıyeva,"Hövsan qəsəbə mədəniyyət evinin qadın bərbəri"kursunun rəhbəri İlahə Əliyeva öz malik olduqları peşənin tarixindən danışaraq şagirdləri düzgün peşə seçməyə dəvət etdilər.Kənd ağsaqqalları hacı Fazil Nəzərov,məktəb valideyn icmasının sədri hacı Allahverən Məmmədzadə,Hövsan qəsəbəsi üzrə icra nümayəndəsi Ağasəlim Əliyev,məktəbimizin məzunu,bank əməliyyatçısı Vamiq Səfərov,qəsəbə gənclər icmasının nümayəndəsi Anar Əsədullayev və s.çıxış edənlər bu gözəl təşəbbüs üçün məktəb rəhbərliyinə və gələn qonaqlara öz təşəkkürlərini bildirdilər.Gələcəkdə də belə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi