Ulu öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə sərgi keçirildi
Respublikamızın hər yerində olduğu kimi Suraxanı rayonu ərazisində də,ümummilli liderin doğum günü münasibətilə bir sıra tədbirlər həyata keçirilir.Hövsan kənd 118 №-li tam orta məktəbdə də bu gün münasibətilə 1-11-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi keçirildi.Sərgidə nümayiş etdirilən əl işləri yüksək zövqlə hazırlanmışdır.Məktəb rəhbərliyindən ibarət təşkil olunmuş komissiya və sərgiyə baxmağa gələn qonaqlar nümayiş etdirilən müxtəlif peşə nümunələrini maraqla izləyir və yüksək maraqlarını gizlədə bilmirdilər.Komissiya üzvləri daha gözəl əl işləri nümayiş etdirən sinifləri xüsusilə qeyd etdilər.Bunlardan;1-b,2-c,4-b,5-a,6-c,7-b,7-c,8-b siniflərini göstərmək olar.Şagirdlərin yaradıcılığında dövlətimizin simvolu olan bayrağımız xüsusi yer tuturdu.Tədbirin ardı ağacəkmə aksiyası ilə davam etdirildi.Ümumilikdə bu il məktəbimizdə "Hərəyə bir ağac əkək"kompaniyası çərçivəsində 100 ədəd ağacın əkilməsi nəzərdə tutulmuşdur.Bu gün daha 100 ədəd ağac məktəbin həyətyanı sahəsində şagird və müəllim kollektivinin iştirakı ilə əkildi və əvvəl əkilmiş ağacların dibi boşaldılaraq onlara qulluq göstərildi.İlin sonuna qədər digər nəzərdə tutulmuş ağaclarında əkilməsi davam etdiriləcək.