Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə

Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə ölkənin ümumtəhsil müəssisələrində X-XI sinif şagirdlərinin iştirakı ilə müəyyən olunmuş mövzularda ölkə üzrə vahid gündə - 7 dekabr 2019-cu il tarixində inşa-yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 02.12.2019-cu il tarixli 6955-04/17 nömrəli məktubu ümumi təhsil məktəblərinə göndərilmişdir.
Müsabiqənin Əsasnaməsində göstərilən aşağıdakı 7 mövzunun hamısı əhatə olunmaqla
1. Azərbaycan qadınının ailə büdcəsinə verdiyi töhfə və onun milli iqtisadiyyata təsiri;
2. Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri;
3. Azərbaycan ailəsində uşaqların sayı və cinsinə görə ayrıseçkilik ( reproduktiv sağlamlıq);
4. Azərbaycan ailəsində qadınlara və qızlara qarşı zorakılığa ( əl qaldırma və s.) münasibətiniz;
5. Azərbaycanın köçkün qadınlarının göstərdiyi şücaət;
6. Azərbaycanda Lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr;
7. Azərbaycan qadınının məlbuatdakı obrazına münasibətiniz
İnşa-yazı müsabiqəsi məktəbimizdə də ,7 dekabr 2019-cu il tarixdə saat 09-30-da təşkil olundu. X-XI sinif şagirdlərinin iştirakı ilə inşa-yazı müsabiqəsinin təşkili və keçirilməsinin tam təmin olunmuşdır. Məktəb daxilində yaradılmış komissiya tərəfindən işlərin qiymətləndirilərək 1 (bir) ən yaxşı işin 11 dekabr 2019-cu il tarixədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edilməsi planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi