28 May - Müstəqillik Günü

27.05.2025-ci il tarixində məktəbin İbtidai sinif müəllimi Camalova Mənsurə və 4D sinif şagirdlərinin təşkilatçılığı ilə "28 May - Müstəqillik Günü"nə həsr olunmuş tədbir təşkil etmişlər. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər və valideynlər iştirak etmişdir.
Tədbir Dövlət Himni ilə başlamış və Şəhidlərimizi bir dəqiq sükutla əziz xatirələri yad edilmişdir.
Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması haqqında videoçarx təqdim olundu. Videoçarxda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.
Sonralar XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Sonra 28 May – Müstəqillik Gününə həsr olunmuş hazırlanmış müxtəlif şer, mahnı və səhnəciklər şagirdlər tərəfindən təqdim olundu.
Sonda məktəbin direktor əvəzi Ülkər Hüseynova tədbir və tarixi günümüz 28 May – Müstəqillik Günü ilə bağlı öz fikirlərini söyləmişdir.