117 nömrəli tam orta məktəbin kollektivi "Ağacəkmə aksiyasında"
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Bu məqsədlə Xəzər rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sol hissəsində geniş tərkibli ağacəkmə aksiyası keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada 19.10.2024-ci il tarixdə 117 nömrəli tam orta məktəbin kollektivi də iştirak etmişdir.