Məktəbi qızıl medalla bitirən məzunlarımız

Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrinə əsasən 2 şagirdimiz qızıl medalla təltif olunub.Belə ki, Hüseynov Elman Valeh oğlu oxuduğu müddət ərzində biologiya fənni üzrə 4 dəfə Respublika fənn olimpiadasının medalçısı olmaqla yanaşı dərslərində, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərmiş,habelə Xanəhmədli Aydan Aydın qızı Azərbaycan dili fənni üzrə Respublika fənn olimpiadasının medalçısı olmuş ,həmçinin dərslərində, buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərmişdir.Hər iki şagird valideynləri ilə birlikdə məktəbə dəvət olunmuş , məktəbin direktoru Vələddin Nurəddinov onları təbrik edərək medallarını təqdim etmiş və uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi