Novruz bayramı
Martın 18-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Məmmədovanın təşkilatçılığı ilə "Novruz bayramı" adlı tədbir keçirildi. V x,VIII f və IX x sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlərin ifasında bir -birindən maraqlı rəqslər göstərildi,milli müsiqi alətlərimizdə xalq mahnıları ifa olundu,şeirlər səsləndirildi.Xalqımızın milli bayramı olan Novruz bayramının bir birindən maraqlı adət-ənənələrinin nümayiş olunduğu səhnəciklər hamı tərəfindən maraqla qarşılandı.