Üçüncülərin gəzintisi

24 dekabrda sinif rəhbəri Aygün Ağayevanın təşkilatçılığı ilə 3x sinfi dünyanın ilk tanker-muzeyi olan Suraxanı Gəmi Muzeyində ekskursiyada oldular. Şagirdlər ekskursiya zamanı Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı  istifadə edilən  avadanlıqlarla yaxından tanışlıq oldular. Eyni zamanda müxtəlif oyunlar oynayıb, böyük ekranda gəmiçilik və ölkəmizlə bağlı qısametrajlı film də izlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi