SABİR ABBASOV

1967-ci il 8 dekabrda Bakının Binə qəsəbəsində anadan olmuşdur. Əvvəlcə Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəbi, daha sonra isə Şüvəlandakı 42 nömrəli texniki-peşə məktəbini bitirmişdir. Ukrayna SSR-da, daha sonra isə Macarıstanda hərbi xidmət çəkmişdir. 1988-cu ilin dekabr ayının 8-də hərbi xidmətdən qayıtmışdır. 
Subay idi. 3 qardaşı, 6 bacısı var idi.
 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakıya daxil olarkən baş verən hadisələrə səssiz qalmayanlardan biri də  Sabir olmuşdur. Həmin günü işdə olsa da, iş saatını yoldaşı ilə dəyişərək düşmənlə mübarizəyə qoşulur. Binə-Mərdəkan yolunda güllə yarası alır . Yoldaşları gecə saat 23.05-dəqiqədə Sabiri xəstəxanaya gətirir, Sabir gətirildikdən 10 dəqiqə sonra Mərdəkanda yerləşən 26 nömrəli xəstəxanada vəfat edir. Səhəri günü nəşi ailəsinə təhvil verilir .
Binə kənd qəbiristanlığında dəfn olunmuşdur.
Şəhid Sabir Abbasovun əziz xatirəsini yaşatmaq üçün adı təhsil aldığı 117 nömrəli tam orta məktəbə verilir.
Bu vətən azadlığını torpaq uğrunda canını fəda edən Sabir kimi oğullara borcludur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi