Səhər gimnastikası keçirildi
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində planlaşdırılan idman həftəsinin ilk günündə məktəbimizin fiziki tərbiyə müəllimləri tərəfindən II-XI siniflərdə səhər gimnastikası keçirilmişdir.Sadə idman hərəkətlərindən ibarət səhər gimnastikası şagirdlərin əhval-ruhiyyəsinə müsbət təsir göstərmişdir.