Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları
27 fevral tarixində məktəbin fiziki - tərbiyə müəllimi Mahmudov Rəsul tərəfindən IX- X- XI sinif şagirdləri ilə “Narkotiklərə yox!”, "Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları” mövzusunda maarifləndirici söhbət aparmışdır.Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarət idi. Şagirdlərə zərərli vərdişlərdən uzaq olmaq və sosial bəlalara qarşı mübarizə aparmaq üçün tövsiyələr verildi.