Tariximizin qanlı səhifəsi -Xocalı müsibəti

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə sağalmayan yarasıdır. Tarixin qanlı səhifələri çoxdur. Onlardan ən dəhşətlisi isə Xocalı müsibətidir! 
      Azərbaycan xalqı XX əsrdə elə bir vəhşətlə üzləşdi ki, bu faciəni yalnız Lidisa, Holokost, Oradur kimi qanlı hadisələrlə müqayisə etmək olar. Xocalı soyqırımı təsadüfi hadisə deyil. Xocalı faciəsi törətməklə ermənilər xalqımızın mübarizə əzmini qırmaq istədilər. Lakin hiyləgər düşmən öz məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq nümayiş etdirdi. 
     Gəlin bu qanlı tarixə nəzər salaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən Azərbaycan xalqına qarşı soyqırım baş vermişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib. 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. 
        Bu gün Xocalı soyqırımının üstündən 31 il keçir. 2020-ci ildə Ali Baş Komandanın göstərişi, güclü siyasəti ilə rəşadətli ordumuz Xocalı qurbanlarının qanını yerdə qoymadı. Torpaqlarımız işğaldan azad olundu. Lakin biz tarixin qanlı yaddaşını heç zaman unutmarıq, unutdurmarıq. Gələcək nəslə hər zaman xatırlatmalı və Xocalı soyqırımını anlamılıyıq. 
      Məktəbimizin 6 f sinif şagirdləri də bu məqsədlə səhnəcik hazırlamış və nümayiş etdirmişdir.Tədbir şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan Himni ilə başlamışdır.Tədbirdə şagirdlər Xocalı soyqırımına aid şeirlər, "Sarı gəlin" mahnısı və "Xudayarın təsnifi" səsləndirilmişdir. Səhnəcikdə şəhid Çingiz Mustafayevin obrazının yaradılması da maraqla qarşılanmışdır. 
     Biz hər zaman çalışmalıyıq ki, gənc nəsil tarixin qanlı səhifəsini-Xocalı soyqırımını unutmasın, unutdurmasın! 
     
                 Əmirli Günay-Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi