"Atalarımın mirası-Dilim" adlı tədbir keçirildi

21 fevral tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Məmmədovanın təşkilatçılığı VII və VIII siniflərin iştirakı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə "Atalarımın mirası-Dilim" adlı tədbir keçirildi.Məktəb rəhbərliyi,müəllimlər,şagirdlər,valideynlərin iştirak etdiyi tədbirdə dilimizin gözəlliyi,müqəddəsliyi vurğulandı, dilimizə biganəlik, xarici dillərə meyil etmə kimi mənfi hallar şagirdlərimizin ifasında səhnəciklərdə qətiyyətlə pıislənildi. Tədbirdə VII və  VIII sinif şagirdlərinin ifasında ana dilimizin saflığı uğrunda  daim mübarizə aparmış sənətkarlarımızın müəllifi olduğu şeirlər, mahnılar, səhnəciklər nümayiş olundu, müxtəlif rəqs nömrələri göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi