"Reproduktiv sağlamlıq və zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri" mövzusunda görüş keçirildi

Fevralın 18-də məktəbin psixoloqları Quliyeva Laləzar, Hüseynova Fəridə, Kərimli Fəxrəndə ,tibb bacısı Səlimova Şəbnəmin təşkilatçılığı ilə VII siniflərdə təhsil alan şagirdlərlə "Reproduktiv sağlamlıq və zərərli vərdişlərin reproduktiv sağlamlığa təsiri" mövzusunda görüş keçirildi.Görüşdə tibb bacısı və məktəbin psixoloqları reproduktiv sağlamlığın qorunması qaydaları,gigiyenik vasitələrdən düzgün istifadə,reproduktriv sağlamlığa zərər vuran amillər və onların mənfi təsirinin aradan qaldırılması yolları haqqında şagirdlərə məlumat vermiş,yeniyetmə yaş dövründə orqanizmdə baş verən psixoloji və fizioloji dəyişikliklər və bu dəyişikliklərin normal qəbul olunmasının zəruriliyi haqqında şagirdləri məlumatlandırmışlar.Sonda şagirdlər tibb bacısı və psixoloqlara mövzu ilə əlaqədar onları maraqlandıran sualları ünvanlamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi