Xəzər rayonunda Gənclər gününə həsr olunmuş tədbir keçirilib
31 yanvar 2023-cü il tarixində Xəzər rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Soltan Məmmədov, Jalə Əhmədova və Rauf Əliyev, rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.Çıxış edənlər 2 fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Məktəbimizin gənc müəllimləri Xədicə Davud , Şahnaz Dadaşzadə, Günay Əmirli və Ülvi Əhmədov da fərqlənən gənclər arasında olublar.
Tədbirin sonunda istedadlı gənclər konsert proqramı ilə iştirakçılar qarşısında çıxış ediblər.