İdmanda uğurlarımız artır

Məktəbimizin şagirdləri təkcə elm sahəsində deyil, həmçinin idmanda da yüksək əzmkarlıq nümayiş etdirirlər. Beləki, məktəbimizin IX ç sinif şagirdi Mirfaiq Qəniyev Rumıniyanın Buxarest şəhərində 7-8 may tarixlərində keçirilən Muay-Tay döyüş növü üzrə gənclər arasında Avropa çempionu adına layiq görülüb. Həmçinin IX ç sinif şagirdi Şirəliyev Fərəməz yunan-roma güləşi üzrə "Respublika zona yarışının" qalibi olub. VIII d sinif şagirdləri Ağazadə Elçin və Abdullayev Emil yeniyetmələr arasında yunan -roma güləşi üzrə respublika çempionları adına layiq görülmüşlər.Çempionlarımızı təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi